Nitq, Dilçilik və Yazı
Dil haqqında ümumi məlumat
Dil nədir?
Dil insan cəmiyyətində meydana gəldiyi üçün ictimai hadisə sayılır.
Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Əgər dil irqi xüsusiyyətlərlə bağlı olsaydı, dünyada üç dil olardı: avropoid, monqoloid və neqroid dilləri. Əgər dil irsi cəhətlərlə bağlı olsaydı, onda hər bir övlad yalnız atasının danışa bildiyi dildə danışardı.
Dilin üç funksiyası meydana çıxır:
1. İnsanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vasitəsi olmaq.
2. İnsanı əhatə edən əşya və hadisələri adlandırmaq
3. Fikri idarə etmək
Yazı
Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
Yazı bir neçə inkişaf mərhələsi keçmişdir:
Qeyd: Bəzi cümlələr ola bilər ki, onları iki yazı növünə görə oxumaq lazım gəlir: ? cümlələrinin sonunda qoyulur. H2O suyun moduludur. Yuxarıdakı cümlələri oxumaq üçün həm fikri, həm də hərfi yazıdan istifadə etmək lazımdır.
Dilçilik və onun sahələri
Türklərin ən böyük dilçisi XI əsrdə yaşamış Mahmud Qaşğarlıdır. Onun 1072-ci ildə yazdığı "Divani-lüğətit-türk" əsəri türkcə-ərəbcə lüğətdir və Türk dünyasının ilk ensiklopediyası sayılır. XIX əsrdə Abbasqulu ağa Bakıxanov "Qanuni-qüdsi" (müqəddəs qanun) adlı dilçilik kitabı hazırlayıb.
Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif şöbələri-sahələri meydana çıxır. Fonetika, leksikologiya (frazeologiya da bura daxildir), morfologiya və sintaksis dilçiliyin sahələridir. Bunlar haqqında məlumatımız var. Dilçiliyin digər sahələri etimologiya, lüğətçilik və dialektologiyadır.
Etimologiya dilçiliyin sözün mənşəyini, nədən törəməsini öyrənən şöbəsidir. Elmi etimologiya elmi əsaslara, xalq etimologiyası (yalançı etimologiya) isə xalqın məntiqinə əsaslanır.
Lüğətçilik lüğətlərin tərtib olunma, yaranma prinsipini və s. öyrənən dilçilik sahəsidir. Lüğətçilik dilçiliyin təcrübi sahələrindəndir. Lüğətlərin yaradılması ilə məşğul olan mütəxəssis lüğətçi adlanır. Ümumilikdə dilçilikdə lüğətçiliyə leksikoqrafiya, lüğətçiyə leksikoqraf deyilir.
Dialektologiya. Ədəbi dildə, mətbuatda, radio-televiziyada işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur. Bu yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir.
Türk Dilləri Ailəsi
Qədim ulu türk dili aşağıdakı şaxələrə-dil qruplarına ayrılır. Oğuz dili, qıpçaq dili, qarluq dili, sibir dili, çuvaş dili, Saxa (yakut) dili
Oğuz dilindən-budağından Azərbaycan, qaqauz, türkmən və Türkiyə türkcəsi;
Qıpçaq dilindən-qazax, qırğız, tatar, başqırd, qumuq;
Qarluq dilindən-özbək, uyğur, salur və s. dillər meydana gəlmişdir.
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə-birinci minillikdə təşəkkül tapmışdır. Bunu "Kitabi-Dədə Qorqud" eposu sübut edir.
XVI əsrdən etibarən Azərbaycan dili milli dil kimi yetişmiş və Oğuz qrupuna daxil olan digər dillərdən fərqli keyfiyyətlər qazanmışdır.
---
Hörmətli qonaq, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun. Bizim sayta 10 yaşdan yuxarı bütün yaş qurupları üzv ola bilər. Üzvlük imtiyazlarımızın bir neçəsini sadalayırıq.
- Yeni yazılardan və dərslərdən anında xəbərdar olmaq imkanı.
- Yazıların daxilində gizli mətinlərin və keçidlərin istifadəsi.
- Tələbələr ücün tam oxunuşu mümkün olan yazılardan istifadə.
- Üzvlər arasında saytdan mesajla birbaşa əlaqə yaratmaq imkanı.
- Onlayn dərslər-Veb Binarlarda iştirak etmək imkanı.
- Fərdi və özəl dərslərdə iştirak etmək imkanı.
- Dərs iştirakçıları ilə saytdan birbaşa əlaqə yaratmaq imkanı.
- Yazılarda Tələbə statuslu istifadəçilərin azad şərh yazmaq imkanı.
- İnternet vasirəsi ilə qazanc etmək üçün istiqamətləndirilmək imkanı.