Zəka kompürer kursunun onlayn dərs planı

Zəka kompürer kursunun onlayn dərs planı

Zəka kompüter kursunun interaktiv video dərs planı.

Zəka kompüter kursu bu aydan başlayaraq mütamadi interaktiv video dərsləri planlı şəkildə veb səhifəmizdə yerləşdirməyə başlayır. Saytımız vasitəsi ilə keçirilən sorğuda istifadəçilərimizin əksəriyyəri Ms Windows 7-8 əməliyyat sistemini və Ms Office 2013 dərslərinin olmasını səs çoxluğu ilə qəbul ediblər. Saytın izləyicilərinin bu proqramların təliminə ehtiyacının çox olduğunu nəzərə alıb, ilk öncə bu dərslərin video yazılarını hazırlayıb, saytımız və youtube kanalımız vasitəsi ilə yayımlanmasını təşkil edəcəyik. Biz yalnız sizin fikirləriniz əsasında dərslərimizi planlamağı düşünürük. Bu dərsləri dostlarınızla paylaşın ki, hamılıqla Azərbaycan kompüter və internet istifadəçiləri arasında inkişaf etmiş bir təlim bazası yarada bilək. İlkin dərslərimiz tam pulsuz olub ümumi istifadəçilər üçün nəzərdə tutulur. Sonrakı mərhələlərdə dərslərimiz qismən pullu olacaq. İnternet məkanından təkcə öyrənmək deyil, həm də öyrəndiklərinizi maddi mənfəətə keçirmək mümkündür, yəni interntdən real pul qazanmaq olar. Biz də öz təcrübəmizdən istifadə edib internetdən real pul qazanmaq yollarını sizə öyrədəcəyik. Elə isə saytımızda qeydiyyatdan keçib dərslərimizi diqqətlə izləyin. Sizlərin hər zaman bizimlə olmağınız yeni-yeni dərsliklərin yaradılmasına səbəb olacaq.

Zəka kompüter kursunun 7 yaşı bu günlərdə tamam oldu. Bu münasibətlə bütün tələbələrimizi təbrik edirəm, onlara elm sahəsində əldə etdikləri nailiyyətləri artırmağı tövsiyə edirəm. İnteraktiv təlim dərslərimizin daha kamil və baxımlı olması üçün bizimlə əlaqə yaradaraq fikirlərinizi bizə yazmağı unutmayın. Sosial şəbəkələrdən yazılarımızı paylaşaraq Azərbaycan kompüter və internet istifadəçilərinin maariflənməsinə öz töhvənizi verin.

Məlumatlardan istifadə etdikdə yazıya keçidli istinad zəruridir !

Hörmətli qonaq, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun. Bizim sayta 10 yaşdan yuxarı bütün yaş qurupları üzv ola bilər. Üzvlük imtiyazlarımızın bir neçəsini sadalayırıq.
  • Yeni yazılardan və dərslərdən anında xəbərdar olmaq imkanı.
  • Yazıların daxilində gizli mətinlərin və keçidlərin istifadəsi.
  • Tələbələr ücün tam oxunuşu mümkün olan yazılardan istifadə.
  • Üzvlər arasında saytdan mesajla birbaşa əlaqə yaratmaq imkanı.
  • Onlayn dərslər-Veb Binarlarda iştirak etmək imkanı.
  • Fərdi və özəl dərslərdə iştirak etmək imkanı.
  • Dərs iştirakçıları ilə saytdan birbaşa əlaqə yaratmaq imkanı.
  • Yazılarda Tələbə statuslu istifadəçilərin azad şərh yazmaq imkanı.
  • İnternet vasirəsi ilə qazanc etmək üçün istiqamətləndirilmək imkanı.