Drayverlər Drivers Драйверы

Drayverlər Drivers Драйверы
Drayverlər kompüterdə qurğuları Əməliyyat Sisteminə tanıtdırır.

Dərsliyin adını üç dildə yazmağımda məqsəd müəyyən kompüter terminlərini tərcüməyə ehtiyacı olmadığını göstərməkdir. Bəzi İKT mütəxəssisləri Kompüter Drayverlərini, Kompüter Sürücüsü kimi təqdim edirlər bəzən də sadəcə sürücü deyirlər. Azərbaycanda sürücü sözü Kompüter terminlərindən çox-çox əvvəl avtomobil sürücüsü kimi tanıtdırılmışdır, ona görə də biz burada kompüterlər üçün Drayver sözündən istifadə etsək daha yaxşı olar. Drayverlər qurğuların proqram təminatıdır. Drayverlər qurğuları Əməliyyat sisteminə tanıtdıraraq onlar arasında əlaqələndirici rolunu oynayırlar. Əksər kompüter istifadəçiləri bu dərsdə göstərəcəyim işləri İKT mütəxəssislərinə gördürür, ona görə də drayverin nə olduğunu və nəyə xidmət etdiyi ilə belə maraqlanmır. Belə kompüter istifadəçiləri maşın sürüb və maşının texniki işini tam sürətdə ustalara həvalə edən sürücülərə bənzəyirlər. Bir başqa qisim kompüter istifadəçiləri də var ki, bir qədər irəli gedib kompüterin formatlanmasını bilirlər ancaq drayverlərin tanıtdırlmasında çətinlik çəkirlər, çünki bu onların sahəsi deyil onlar öz sahələrinin mütəxəssisidirlər. Mənim bu yazım İKT mütəxəsisi olmayan ancaq özlərinə lazım olduqda öz kompüterlərini formatlayıb drayverlə təmin edərək, tam işlək vəziyyətə gətirən adi istifadəçidən bir addım irəlidə olan kompüter istifadəçiləri üçün gərəkli olacaq. Elə isə başlayaq faylı endirdikdən sonra kopmüterimizə quraşdırırıq. Diqqətinizə çatdırım ki, kompüteriniz internetə qoşulu olmalıdır proqram çatışmayan drayverləri axtarıb internetdəki bazasından kompüterlərinizə yükləyəcək.

Məlumatlardan istifadə etdikdə yazıya keçidli istinad zəruridir !



SlimDrivers-setup.exe faylının üzərinə klik edib quraşdırılmaya başlayırıq.

Aşağıdakı şəkillərdən quraşdırılmaya riayət edin. Şəkilləri böyüdüb izləyin.

Hörmətli qonaq, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun. Bizim sayta 10 yaşdan yuxarı bütün yaş qurupları üzv ola bilər. Üzvlük imtiyazlarımızın bir neçəsini sadalayırıq.
  • Yeni yazılardan və dərslərdən anında xəbərdar olmaq imkanı.
  • Yazıların daxilində gizli mətinlərin və keçidlərin istifadəsi.
  • Tələbələr ücün tam oxunuşu mümkün olan yazılardan istifadə.
  • Üzvlər arasında saytdan mesajla birbaşa əlaqə yaratmaq imkanı.
  • Onlayn dərslər-Veb Binarlarda iştirak etmək imkanı.
  • Fərdi və özəl dərslərdə iştirak etmək imkanı.
  • Dərs iştirakçıları ilə saytdan birbaşa əlaqə yaratmaq imkanı.
  • Yazılarda Tələbə statuslu istifadəçilərin azad şərh yazmaq imkanı.
  • İnternet vasirəsi ilə qazanc etmək üçün istiqamətləndirilmək imkanı.