windows 10 əməliyyat sisteminə pulsuz yenilənmə
Windows 10 əməliyyat sisteminə pulsuz yenilənmənin vaxtına az qaldı. VİDEO DƏRS
Microsoft şirkəti windows 10 əməliyyat sisteminə keçmək üçün bir il müddət təyin etmişdi. Pulsuz yenilənmənin vaxtına bir ay vaxt qaldı. Bu imtiyaz yalnız şirkətin istehsalı olan windows 7, 8, 8.1 əməliyyat sistemlərindən mümkündür. Pulsuz lisenziya əvvəlcədən lisenziyası olan windows 7, 8, 8.1 əməliyyat sistemlərinə müvafiq proqramın quraşdırılması ilə yerinə yetirilir. Yenilənmənin vaxtı 29 iyul 2016-cı il tarixində bitir.
Bəzən biz yeniliklərdən qaçır və müasir texnalogiyalardan geri qalırıq. Əksər hallarda bu bizi inkişafdan saxlayır. Axı niyə biz yenilikləri bu qədər pis qarşılıyırıq. Köhnəliyə vərdiş etmişik, yeniliyi öyrənmək bizim üçün çətindir. Mənim 46 yaşım var, windows 7, 8, 8.1 əməliyyat sistemlərinin Azərbaycanda ilk istifadəçilərindən olmuşam, Windows 10 Technical Preview testlərində iştirak etmişəm və hələ də yeniliklərdən yorulmuram. Siz deyə bilərsiniz bu mənim peşəmdir. Ancaq əksər hallarda heç kəs təzə geyim və ya maşın almaqdan geridə qalmaq istəmir. Yalnız yeni texnalogiyalara gəldikdə biz hamıdan geridə qalırıq.
İndi isə keçək yenilənməyə.
Diqqətinizə çatdırıram ki, windows 10 əməliyyat sisteminə pulsuz yenilənməni yerinə yetirmək üçün sizin kompüterinizdə yuxarıda qeyd olunan əməliyyat sistemlərindən biri və bu əməliyyat sisteminə lisenziya olmalıdir.
Kompüterinizdəki əməliyyat sisteminin lisenziyasını Microsoft tərəfindən təsdiqlənməsi internet vasitəsi ilə daha asan olur. Bu yazıda sizə internet vasitəsi ilə yenilənməni təqdim edəcəyəm.
Windows 10 əməliyyat sisteminə yenilənməni mərhələli şəkildə izahını sizlərə çatdırıram.
1. Windows 10 əməliyyat sisteminə yenilənmədən əvvəl siz iş masasında aşağıdakı şəkilə uyğun pəncərə ilə rastlaşacaqsınız.
2. Microsoft sizin kompüterinizin yenilənməyə hazır olduğunu bildirir.
3. Bizə təklif olunan seçimlərdən birini yerinə yetiririk. İdi yenilə və ya əməliyyat sistemini yüklə daha sonra yenilə. Yaxşı olar ki, vaxt ayırıb indi yenilə düyməsini vurasınız.
Bundan sonra kompüterinizi cərəyanla təmin etməyi unutmayın yenilənmə prosesində kompüter sönməməlidir.
Əməliyyat sistemi tam quraşdırılan kimi kompüter bir neçə dəfə yenidən başlat verəcəkdir.
Video icmaldan yenilənməni izləyib tamamlayın.
Hörmətli qonaq, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun. Bizim sayta 10 yaşdan yuxarı bütün yaş qurupları üzv ola bilər. Üzvlük imtiyazlarımızın bir neçəsini sadalayırıq.
- Yeni yazılardan və dərslərdən anında xəbərdar olmaq imkanı.
- Yazıların daxilində gizli mətinlərin və keçidlərin istifadəsi.
- Tələbələr ücün tam oxunuşu mümkün olan yazılardan istifadə.
- Üzvlər arasında saytdan mesajla birbaşa əlaqə yaratmaq imkanı.
- Onlayn dərslər-Veb Binarlarda iştirak etmək imkanı.
- Fərdi və özəl dərslərdə iştirak etmək imkanı.
- Dərs iştirakçıları ilə saytdan birbaşa əlaqə yaratmaq imkanı.
- Yazılarda Tələbə statuslu istifadəçilərin azad şərh yazmaq imkanı.
- İnternet vasirəsi ilə qazanc etmək üçün istiqamətləndirilmək imkanı.